
Şirkətin tarixi
Əsası 2002-ci ildə qoyulmuş “Xəzər Elektron” MMC Azərbaycanın elektron və elektrik məhsulları bazarının satış və xidmət sahələrində qabaqcıl şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət istiqaməti elektron və elektrik avadanlıqlarının satışı, quraşdırılması, texniki xidməti və çatdırılmasıdır. Avropa standartlarına uyğun məhsulları Azərbaycan bazarına gətirən şirkətimiz bu günə qədər öz fəaliyyətini uğurla davam etdirməkdədir.
“Xəzər Elektron” MMC Dünya bazarında özünü keyfiyyəti və uğuru ilə təstiq etmiş 20-dən çox şirkətin Azərbaycanda rəsmi nümayəndəsidir və bu şirkətlərin istehsal etdiyi elektron və elektrik avadanlıqlarının respublikamıza idxal olunması sahəsində ixtisaslaşmışdır. Əsası qoyulduğu vaxtdan özünə etibarlı tərəfdaşlar qazanan şirkətimiz daima inkişaf etməyi özünə borc bilir. Əsas məqsədimiz yüksək keyfiyyətli innovativ məhsulların axtarışında olmaq, yeni texnoloji nailiyyətləri təqib və tətbiq etməkdir.
Şirkətin Bakı şəhərində 3 satış nöqtəsi mövcuddur. Hər biri elektron və elektrik avadanlıqlarının satışı ilə məşğuldur. İstənilən növdə, istənilən sahə üçün, ən çətin mühəndisi həllərin reallaşdırılmasına lazım olan avadanlıqları bizim satiş mərkəzlərində tapa bilərsiniz.
“Xəzər Elektron” MMC -nin peşəkar və savadlı personalı müştərilərimizə avadanliq seçimində və alışında öz yardımını göstərir. Sorğuların cavablandırılması və avadanliqlarin ünvana çatdırılması operativ həll olunur. Bizim təcrübəmiz müştərilərin tələbatını təmin etməyə imkan verir.Ümid edirik ki, bizim təqdim etdiyimiz məhsullar ürəyinizcə olacaq və bizimlə əməkdaşlıq etməkdən zövq alacaqsınız.
Layihələr
TƏHLÜKƏSİZLİK
SİSTEMLƏRİ
Daha ətraflı
Sərgi salonu
Daha ətraflıİŞIQLANDIRMA
Daha ətraflıQAPI SİSTEMLƏRİ
VƏ ŞLAQBAUMLAR
Daha ətraflı
Çatdırılma
Daha ətraflıDIGƏR
LAYİHƏLƏR
Daha ətraflı
DIGƏR
LAYİHƏLƏR
Daha ətraflı
Unikal həll axtarışındasınız?
Bizə müraciət edin!Müştərilərimiz
Əlaqə
Bizimlə Əlaqə
Ü.Hacıbəyov küç., 46/50 AZ1010, Bakı/Azərbaycan
+994 12 464 31 01